Dünya futbolu
Falkao rəsmən La Liqa klubunda
Türkiyənin “Qalatasaray” klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Rayo Valyekano” 35 yaşlı hücumçunun transferini açıqlayıb.
La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.
Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından “Qalatasaray”da oynayıb. O, “sarı-qırmızılar”ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…