Ölkə futbolu
“Faydalı toplanış və oyun keçirdik”
Bu gün “Qəbələ” ilə keçirilən yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi