Digər idman növləri
Federer 7 yaşlı qıza uduzdu
“Böyük dəbilqə” seriyalı turnirlərdə 20 dəfə çempion olan Rocer Federer 7 yaşlı çinli qızla stolüstü tennis oynayıb. Oyun bir partiyadan ibarət olub. Quy Duer adlı qız qalib gəlib.
İsveçrəli tennisçi Yaponiyanın “Uniqlo” şirkəti ilə birlikdə “Rocerlə 24 saat” adlı layihə çərçivəsində, dünyanın böyük şəhərlərini gəzir və onların mədəniyyəti ilə tanış olur. Tokio, Nyu-York və London səfərlərindən sonra Federer, ailəsi ilə birlikdə Şanxaya səfər edib. Səfəri zamanı o, yerli mədəniyyətlə tanış olub, ənənəvi mətbəxdən dadıb, stolüstü tennis oynayıb və küçələrdə velosiped sürüb.
Xatırladaq ki, 42 yaşlı Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Leyver Kubokundan sonra idmandan ayrılıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı