Dünya futbolu
Feliks yayda yenə icarəyə göndəriləcək
Joao Feliks yayda yenə çətin vəziyyətdə qalacaq. Ötən qış “Çelsi”yə icarəyə verilən, mövsümün sonunda “Atletiko”ya qayıdan portuqaliyalı yenə icarədədir. Lakin onun cari çempionatda heyətində çıxış etdyi “Barselona”dakı aqibəti də fərqli olmayacaq.
Futbolinfo.az xəbər verir ki, madridlilər Kataloniya klubuna icarəyə verdiyi hücumçudan canını qurtarmaq istəsə də, komsə onu almaq istəmir. Elə “Barselona” da transferi üçün 100 milyon avrodan çox tələb olunan futbolçunu almayacaq.
“Atletiko”nun prezidenti Enrike Serezo İspaniya mətbuatına Feliksin baş məşqçi Dieqo Simeonenin planlarına daxil olmadığını bildirib: “Joao “Barselona”da çıxış edir. Orada qalmaq istəməsə, bizə qayıdacaq. Əgər qayıtsa, onunla maraqlanan başqa klublara göndəriləcək”.
“Barselona”nın baş məşqçisi Xavi Ernandes də Feliksin oyunundan razı deyil. Onun mövsümün sonunda birdəfəlik alınması nəzərdə tutulmayıb.