Ölkə futbolu
“Ferentsvaroş” “Qarabağ”ın yarımmüdafiəçisindən əl çəkmir
Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romaodan əl çəkmir.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu adıçəkilən komandanın qış transfer hədəfində olan iki oyunçudan biridir.
“Ferentsvaroş” rəhbərliyi orta sahəni məhz 25 yaşlı Romao ilə gücləndirmək arzusundadır. Macarlar transferin reallaşması üçün Azərbaycan çempionuna təzminat ödəməyə də hazırdır. Hazırda tərəflər arasında danışıqlar aparıldığı bildirilib.
Romaonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Sambaçı” Danimarka klubu “Kopenhagen”in də maraq dairəsindədir.