Dünya futbolu
“Ferentsvaroş”un idman direktoru “Futbolinfo”ya danışdı: “Siz məni başa düşəcəksiniz”
Macarıstanın “Ferentsvaroş” klubunun idman direktoru Tamas Haynal “Qarabağ”ın oyunçusu Kvabena Ovusunun Budapeşt təmsilçisinə transfer olunması ilə bağlı danışıb. Futbolinfo.az-a açıqlama verən klub rəsmisi bunlar deyib: “Hazırkı vaxtda bu məsələ ilə bağlı danışmaq üçün tezdir. Düşünürəm ki, siz məni başa düşəcəksiniz”.
Haynal “Ferentsvaroş”un futbolçusu Frank Bolinin “Qarabağ”a keçəcəyi ilə bağlı xəbərlərə də münasinət bildirməyib. O, xəbəri təkzib etməyib, amma şərh verməməyi üstün tutub.
Görünən odur ki, tərəflər hazırda bu məsələ üzərində danışır. Boli “Qarabağ”a, Ovusu isə “Ferentsvaroş”a qışda keçə bilər. Hər iki futbolçunun klubları ilə yaya qədər müqaviləsi var.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar