Ölkə futbolu
“Ferentsvaroş”un oyunu təxirə salındı – “Qarabağ”a görə
“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, Budapeşt klubu Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşü ilə bağlı yerli futbol liqasına müraciət edib.
Yolun uzaq olmasını və oyunun əhəmiyyətini nəzərə alan “Ferentsvaroş” çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi klubun istəyini müsbət cavablandırıb.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq