Digər idman növləri
Ferstappen yenə də hamıdan sürətlidir
Avstriyanın “Red Bull” komandasının sürücüsü Maks Ferstappen Bəhreyndə keçirilən testlərin ilk günündə ən yaxşı nəticəni göstərib. İkincisi göstərici “Ferrari”dən Şarl Lekler, üçüncü isə “Aston Martin”dən Fernando Alonsoya aiddir.
Bəhreyndə mövsümöncəsi testlərin səhər sessiyası:
1. Maks Ferstappen “Red Bull” – 1.32.548 (66 dövrə).
2. Şarl Lekler (Ferrari) +0,699 (64).
3. Fernando Alonso (Aston Martin) +0,837 (77).
4. Oskar Piastri (McLaren) +1,110 (56).
5. Yuki Tsunoda (RB) +1,588 (64).
6. Corc Rassel (Mercedes) +1,682 (47).
7. Valtteri Bottas (Steak) +1,883 (68).
8. Aleksandr Albon (Williams) +2,039 (40).
9. Esteban Okon (Alpin) +2,129 (60).
10. Kevin Maqnussen (Haas) +3,144 (66).
Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatına gələn həftə start veriləcək.