Digər
FİDE qran-prisi: Şəhriyar mübarizəni dayandırdı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Şahmatçılar əvvəlki iki görüşdə heç-heçəyə razılaşdığı üçün, bu gün tay-brekdə qarşılaşıblar.
İlk tay-brek görüşündə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub. Azərbaycan təmsilçisi ikinci qarşılaşmada qələbə qazana bilməsə, turnirdə mübarizəni dayandıracaqdı. Şəhriyar ikinci tay-brek görüşündə ağ fiqurlarla oynayıb. 34-cü gedişdə təslim olan Məmmədyarov turnirlə vidalaşıb.
Digər tay-breyk görüşündə isə Uesli So (ABŞ) Məhəmməd Amin Tabatabaiyə (İran) qalib gəlib.
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi