Digər idman növləri
FIDE reytinqi: Teymur Rəcəbov “10-luq”da
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, FIDE-nin rəsmi saytında yerləşdirilən reytinqdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk “10-luğ”a qayıdıb.
2747 xalı olan 36 yaşlı qrossmeyster 10-cu pillədə yer alıb. Milli komandanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qərarlaşıb.
Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir.
Qadınların reytinqinə çinli Xou Yifan (2628) başçılıq edir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi