Dünya futbolu
FIFA-nın transfer islahatı – bizə də təsir edəcək
Dünən İsveçrənin Sürix şəhərində FIFA-nın növbəti iclası keçirilib. Tədbirdə transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar verilib.
İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək. 2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.
İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 oyunçunu bir-birinə icarəyə verə biləcəklər.
Bu qərar Azərbaycan klublarına da ciddi təsit göstərəcək. “Sumqayıt”, “Səbail” kimi Premyer Liqa təmsilçiləri eyni komandadan, məsələ, “Qarabağ” və ya “Neftçi”dən istədiyi qədər oyunçunu iarə əsasında sıralarına qata bilməyəcək.