Ölkə futbolu
Filip Ozobiç sentyabrdan Azərbaycan millisində oynayacaq
“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç sentyabr ayından Azərbaycan millisində çıxış etməyə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Dalmatinski” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi bununla bağlı bütün hüquqi prosedurlardan keçib. Beş ildir Azərbaycanda olan Ozobiçin vətəndaşlıq da aldığı bildirilir.
Qeyd edək ki, Filip Ozobiç əvvəllər Xorvatiyanın bütün yaş qrupları üzrə yığma komandalarında çıxış edib. O, “Qəbələ”də 2 il çıxış etdikdən sonra 2018-ci ilin yayında “Qarabağ”a keçib. Ozobiç iyunun 27-də Ağdam klubu ilə müqaviləsini 2023-cü ilin yayınadək uzadıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir