Digər idman növləri
Finalçılar bəlli oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Aprelin 3-də kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, günün ilk matçı “Murov-2” və “Azərbaycan Ali Hərbi Məktəb” komandaları arasında olub.
Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:21 hesabı ilə “Azərbaycan Ali Hərbi Məktəb” komandası qalib gəlib. İkinci və üçüncü setlərdə isə toparlanan “Murov-2” 25:17 və 25:18 hesabı ilə qalib gələrək ümumi hesabda önə keçib – 2:1. Matçın dördüncü və həlledici setində “Azərbaycan Ali Hərbi Məktəb” daha səhvsiz oynayaraq 26:24 və 15:10 hesabı ilə qalib gəlib və görüşün hesabını rəsmiləşdirib – 3:2.
Günün ikinci yarım final matçında “Təhsil” “Masallı” ilə qarşılaşıb. Bu görüşdə qalib üç hissədə müəyyən olunub. Rəqibini hər üç setdə məğlub edən “Təhsil” finala vəsiqə qazanıb.
Beləliklə, birinci yer uğrunda “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil” ilə, 3-cü yer uğrunda isə “Murov-2” və “Masallı” münasibətinə aydınlıq gətirəcək.
Final matçları aprelin 10-da təşkil oluncaq.
“Murov-2” – Azərbaycan Ali Hərbi Məktəbi – 2:3 (21:25, 25:17, 25:18, 24:26, 10:15)
“Təhsil” – “Masallı” – 3:0 (25:19, 25:23, 26:24)
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”