Dünya futbolu
Finalı idarə etdi, ən yaxşı seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı hakiminin adını açıqlayıb. Bu ada polşalı Şimon Marçinyak layiq görülüb.
Futbolinfo.az xəbər verir ki, o, 175 xalla hamını qabaqlayıb. Daniele Orsato (95 xal, İtaliya) 2-ci, Kleman Turpin isə (64 xal, Fransa) 3-cü olub.
Qeyd edək ki, Şimon Marçinyak Çempionlar Liqasının 2022/23 mövsümünün final görüşünün (“Mançester Siti” – “İnter” 1:0) matçının baş hakimi olub.