Dünya futbolu
“Fiorentina” səfərdən 1, “Roma” 3 xalla döndü
İtaliya A Seriyasında 10-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Roma” səfərdə “Sampdoriya”nı minimal hesabla üstələyib. “Leççe” – “Fiorentina” matçında isə qalib müəyyənləşməyib.
10 turdan sonra 26 xala malik “Napoli” vahid liderdir. 24 xalı olan “Atalanta” ikinci, 23 xal toplamış “Milan” isə üçüncüdür. “Roma” 22 xalla dördüncü, “Latsio” 21 xalla beşinci pillədə qərarlaşıb. “İnter” 18 xalla yeddinci, “Yuventus” 16 xalla səkkizincidir.
İtaliya A Seriyası
10-cu tur
15 oktyabr
Empoli – Montsa 1:0
Qol: Haas, 11.
Torino – Yuventus 0:1
Qol: Vlahoviç, 74.
Atalanta – Sassuolo 2:1
Qol: Paşaliç, 45+1. Lukman, 46 – Kiriakopulos, 41.
16 oktyabr
İnter – Salernitana 2:0
Qol: L.Martines, 14. Barelya, 58.
Latsio – Udineze 0:0
Spetsiya – Kremoneze 2:2
Qol: Nzola, 19. Holm, 22 – Dessers, 2. Pikkel, 52.
Napoli – Bolonya 3:2
Qol: J.Jezus, 45. Lozano, 49. Osimhen, 69 – Zirkze, 41. Barrov, 51.
Verona – Milan 1:2
Qol: Gunter, 19 – Veloso, 9-öz qapısına. Tonalo, 81.
17 oktyabr
Sampdoriya – Roma 0:1
Qol: Pelleqrini, 9-pen.
Leççe – Fiorentina 1:1
Qol: Sisey, 43 – Kuame, 48.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Ölkə futbolu2024-04-30 11:25
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib