Dünya futbolu
“Fiorentina” yarımfinala penaltilərlə yüksəldi
İtaliya Kubokunda 1/4 finala start verilib.
Futbolinfo.az xəbər verir ki, ötən gecə ilk yarımfinalçı müəyyənləşib.
“Fiorentina” doğma meydanda “Bolonya” ilə qarşılaşıb. Oyunun əsas vaxtı qolsuz bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələrdə daha dəqiq olan Florensiya təmsilçisi sürprizə imkan verməyib.
İtaliya Kuboku
1/4 final
9 yanvar
Fiorentina – Bolonya 0:0 (penaltilər 5:4)
10 yanvar
21:00. Latsio – Roma
00:00. Milan – Atalanta
11 yanvar
00:00. Yuventus – Frozinone