Dünya futbolu
“Fiorentina”da yeni baş məşqçi – RƏSMİ
İtaliyanın “Fiorentina” klubuna yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, Florensiya təmsilçisini bundan sonra İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 63 yaşlı mütəxəssis bu postda Cüzeppe Yakinini əvəzləyib.
A Seriyasında 7 turdan sonra cəmi 8 xala malik “Fiorentina” 20 kollektiv arasında 12-ci yerdə qərarlaşıb.
Son olaraq “Cenoa”ya rəhbərlik edən Prandelli daha əvvəl də “Fiorentina”nı çalışdırıb. O, 2005-2010-cu illər aralığında Florensiya təmsilçisinin uğurları üçün çalışıb. Təcrübəli mütəxəssis bu komandanı UEFA Çempionlar Liqasına çıxaran sonuncu baş məşqçi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib