Dünya futbolu
Firminyoya daha bir müştəri
Roberto Firminyonun Avropaya dönüşü reallaşmaq üzrədir. Braziliyalı hücumçunun müştəriləri getdikcə artır.
Futbolinfo.az xəbər verir ki, ötən yay “Liverpul”u azad agent kimi tərk edən Firminyo Səudiyyə Ərəbistanında xoşbəxt deyil. 32 yaşlı oyunçu “Əl Əhli” rəhbərliyinə getmək istədiyini dəfələrlə bildirib.
Bir neçə Avropa klubu ilə danışıq aparan Roberto son olaraq “Şeffild Yunayted”lə təmasda idi. Lakin tərəflər razılıq əldə etməyib. Belədə səhnəyə “Fulhem” çıxıb. London klubu hücum xəttindəki boşluğu braziliyalının sayəsində doldurmaq istəyir.