Dünya futbolu
“Flamenqo”nun hücumçusu diskvalifikasiya olundu
Qabriel Barboza diskvalifikasiya olunub. “Flamenqo”nun hücumçusu növbəti iki ildə futbol oynaya bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, vaxtilə “Benfika” və “İnter”də də oynamış hücumçu dopinq-testdən yayındığı üçün bu aqibətlə üzləşib. Braziliya klubunun 2020-ci ilin yanvarında milanlılardan 17 milyon avroya transfer etdiyi hücumçu test yoxlamalarının nəticəsini dəyişməyə, rəsmi şəxsləri aldatmağa çalışıb.
27 yaşlı forvardın cəzası aprelin 1-dən hesablanacaq. Bu müddətdə onun özünü müdafiə etmək üçün şansı olacaq. Onun ilin sonunadək müqavilə ilə məxsus olduğu “Flamenqo”nun hansı qərarı verəcəyi bilinmir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə