Digər idman növləri
Formula 1-də Bakı və Barselona qran-priləri sonuncu yeri tutdu
Dünyanın ən güclü avtoidman jurnalistləri 2023-cü il Formula 1 mövsümünün ən yaxşı və ən pis yarışlarını seçiblər. Seçimdə insidentlər, mübarizələr, sensasiyalar, ötmələr, hava şərtləri və digər amillər nəzərə alınaraq qran-prilər 100 ballıq şkala ilə qiymətləndirilib.
Nəticədə İtaliya qran-prisi birinci yeri tutub (83 xal), Sinqapurdakı yarış da, demək olar ki, eyni bal toplayıb. Bakı və Barselona qran-priləri isə son iki yerdə qərarlaşıb.
2023-cü ildə bütün qran-prilər üzrə orta xal (65) əvvəlki çempionatlarla müqayisədə bir qədər azalıb. 2022-ci ildə bu rəqəm 67, 2021-ci ildə isə 66 bal təşkil edib. 2020-ci ildə orta bal 60 olub.
Eyni zamanda, 2023-cü ilin ən parlaq yarışları son illərin ən yaxşı mərhələlərindən xeyli geri qalıb. 2020-ci il Türkiyə qran-prisi 93, 2020-ci il İtaliya qran-prisi 92, 2021-ci il Macarıstan qran-prisi 89, 2022-ci il Böyük Britaniya qran-prisi isə 88 balla qiymətləndirilmişdi.
2023-cü il mövsümü üçün Formula 1 mərhələlərinin reytinqi:
1. İtaliya qran-prisi – 83 xal
2. Sinqapur qran-prisi – 82
3. Britaniya qran-prisi – 78
4. Las-Veqas qran-prisi – 76
5. Niderland qran-prisi – 75
6. Sao Paulo qran-prisi – 74
7. Qətər qran-prisi – 71
8. Meksika qran-prisi – 69
9. Belçika qran-prisi – 63
10-12. Yaponiya qran-prisi – 62
10-12. Səudiyyə Ərəbistanı qran-prisi – 62
10-12. Əbu Dabi qran-prisi – 62
13-14. ABŞ qran-prisi – 61
13-14. Mayami qran-prisi – 61
15. Kanada qran-prisi – 59
16. Avstraliya qran-prisi – 58
17. Bəhreyn qran-prisi – 57
18. Monako qran-prisi – 56
19-20. Avstriya qran-prisi – 55
19-20. Macarıstan qran-prisi – 55
21. Azərbaycan qran-prisi – 53
22. İspaniya qran-prisi – 52