Digər idman növləri
Formula 1 rəhbərliyə “Andretti” ilə bağlı rəsmi cavabını açıqladı
Formula 1 rəhbərliyi “Andretti” komandasının ərizəsini qəbul etməyib. Bununla da uzun müddətdir ki, davam edən söz-söhbətə nöqtə qoyulub.
Bir müddət əvvəl Beynəlxalq Avtomobil Federasiyası komandanın yarışlara qatılmasına icazə vermişdi. Lakin çempionatda iştirak etmək üçün bu, yetərli deyildi. Dünən Formula 1-in idarə şurası toplaşaraq yeni komandanın iştirakını münasib saymayıb. Çempionatın mətbuat xidmətinin yaydığı xəbərə görə, yeni komandanın gəlişi yarışların populyarlığını artırmayacaq. Hazırkı dönəmdə 10 komandanın iştirakı daha uyğun sayılır.
Bundan başqa, reqlamentin dəyişməsinə bir il qalmış yeni maşının yaradılması da düzgün deyil. Bütün bunları arqument kimi gətirən şura “Andretti”yə “yox” cavabı verib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var