Ölkə futbolu
“Forza Neftçi” “Neftçi”nin oyunlarını boykot etməyə qərar verdi
“Forza Neftçi” azarkeş qrupu “Neftçi”nin oyunlarını boykot etmək qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Forza Neftçi”nin sosial şəbəkə hesabında paylaşım edilib:
“Forza Neftçi” olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.
Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.
Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı