Dünya futbolu
Fransa klubunda 8 milyon avroluq hücumçu
Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və Marsel “Olimpik”inin hücumçusu Bamba Dyenqi transfer edib.
22 yaşlı forvard yeni klubu ilə 2.5 + 2 illik müqaviləyə imza atıb. “Loryan” bu transferə görə Marsel təmsilçisinə 8 milyon avro ödəyib.
Marsel “Olimpik”i Bambanı 2021-ci ildə Seneqalın “Diambars” klubundan 400 min avro qarşılığında transfer etmişdi. Hücumçu bu komandada meydana çıxdığı 54 oyunda 11 qol vurub. O, Seneqal yığmasında da 17 oyuna 2 qol vurub.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu