Digər idman növləri
Fransalı tennisçi 50 illik nəticəni dəyişdi
Fransalı Adrian Mannarino ATP reytinqinin ilk iyirmiliyində debüt edən ən yaşlı tennisçi kimi tarixə düşüb. O, ən güclü 20 tennisçi arasına 35 il 6 aylığında düşüb.
O, Cənubi Afrikadan olan Kliff Drisdeylin rekordunu yeniləyib. Kliff 1974-cü ilin aprelində 32 il 5 aylığında 20 nəfər arasında debüt etmişdi.
Qeyd edək ki, Mannarinonun reytinqinin yükəslməsi “United Cup”da uğurlu çıxışı sayəsində baş verib. Turnirdə Mannarino 4 oyun keçirərək yalnız birində qalib gəlib. O da Lorenso Soneqo ilə oyunda baş verib. Bir oyunda qələbə qazanmaqla reytinqini 35 bal artıran Adrian Fransisko Serundolonu ötüb.