Dünya futbolu
“Futbol bağlı qapılar arxasında keçirilən idman növü deyil”
İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lloris koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqa ilə bağlı açıqlama verib.
Futbolinfo.az “Lequipe”yə istinadən xəbər verir ki, London klubunun 33 yaşlı qapıçısı, çempionatın davam etdirilməsini istədiyini bildirib:
“Hazırda hər kəsin çempionatı bitirmək istədiyi vəziyyətdəyik. “Liverpul”un liderliyini ləğv etmək ədalətsizlik olardı, onlar demək olar ki, çempiondurlar. Amma oyunların keçirilməsi qəribə olacaq. Futbol bağlı qapılar arxasında keçirilən idman növü deyil. Azarkeşlərsiz futbol eyni olmaz, mən futbolu belə görmürəm. Hisslərimizi onlarla paylaşmaq üçün burdayıq. Hamımız həmin atmosferi azarkeşlər, mahnılarla tam görmək istəyirik. Klublar və federasiyalar səviyyəsində həll edilməsi lazım olan iqtisadi problemlər var. İnsanların sağlamlığını qorumaqla bu mövsümü bitirmək arasında uyğun həll yolu tapılmalıdı”.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”