Dünya futbolu
Futbolçular və klub prezidenti təyyarə qəzasında həlak oldular
Braziliyanın Portu-Nasional (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.
Futbolinfo.az xəbər verir ki, hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunda mübarizə aparan “Palmas” klubunun prezidenti və dörd futbolçusu da olub.
Belə ki, Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb. Nəticədə klub prezidenti Lukas Meyra və dörd futbolçu – Lukas Praksedes, Gilyerme Noe, Ranule, Markus Molinari həlak olub.
“Palmas” həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi. Futbolçular və klub başqanı da məhz bu oyun üçün Qoyaniyaya uçurdu.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”