Ölkə futbolu
“Futbolinfo” yazdı, AFFA veteranlarla görüşü təxirə saldı
Azərbaycan Futbol Veteranları İttifaqının geniştərkibli toplantısı qeyri-müəyyən vaxta təxirə salınıb. Bugünə planlaşdırılan yığıncağın əsl səbəbi “Futbolinfo” tərəfindən açıqlandıqdan, AFFA rəhbərliyinin məkrli planı ifşa olunduqdan sonra belə qərar verilib.
Qurumun icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov veteranları bir araya yığmaq, guya onları birləşdirmək istədiyini göstərmək niyyətindəydi. Lakin əsas məqsəd Nazim Süleymanovun yaratdığı Həmkarlar İttifaqına qarşı güc formalaşdırmaq idi. Əks cəbhədə olan narazı veteranları digərləri ilə üz-üzə qoymaq istəyi də aşkar görünürdü.
Tədbir elə planlanmışdı ki, görüşün sonunda veteranlar adından AFFA-ya dəstək xarakterli bəyanat yayılmalı və müvafiq dairələrə göndərilməli idi.