Ölkə futbolu
“Futbolinfo” yazdı, “Qəbələ” təsdiq etdi
“Qəbələ” iordaniyalı futbolçusu Omar Hani ilə yollarını ayırıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Futbolinfo.az bu barədə dünən məlumat vermiş, düşərgəni tərk edən oyunçunun geri qayıtmayacağını yazmışdı. Səbəb açıqlanmasa da, bölgə klubu bu gün xəbəri təsdiqləyib.
2021-ci ilin sentyabrından komandada çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
“Qəbələ” Haniyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.