Digər
Futbolu danışmadan və eşitmədən oynayanlar
Nitq və eşitmə qabiliyyəti tam məhdud olan şəxslərdən ibarət komanda Gəncədə bir ildən çoxdur ki, fəaliyyət göstərir. Kollektivin heyətində olan 15 nəfərə yaxın şəxsin əksəriyyəti işsiz olsa da, aralarında ayaqqabı ustası, çilingəri, ev təmiri ustası var. Onlara bir baş məşqçi və iki köməkçi çalışdırıcı məşq keçir.
Müxtəlif yaşlarda olan komandanın üzvləri məşq üçün geyim, top və invertarları hələlik öz vəsaitləri hesabına əldə edirlər. Ancaq yarışlara gedərkən yol xərcləri və qonaqlama ilə bağlı xərclər dövlət tərəfindən qarşılanır.
Bu şəxslər oyunlara hazırlaşarkən məşqçilərlə yalnız əl jestləri və üz mimikaları ilə anlaşırlar. Bu da müəyyən çətinliklər yaradır. Ancaq çalışdırıcılar bütün çətinliklərə baxmayaraq, nitq və eşitmə qabiliyyəti məhdud insanlarla işləməkdən fəxr duyurlar.
Komandanın adı şəhərin adına uyğun “Gəncə”dir. Bugünədək AFFA tərəfindən təşkil olunan turnirlərdə, eləcə də yoldaşlıq görüşlərində həm paytaxtda, həm də digər regionlardakı həmkarları ilə qarşılaşan komanda, gələcəkdə yaradılacaq çempionatda da iştirak etmək istəyir. Onları cəmiyyətin bir fərdi olaraq formalaşdırmaq, yaxşı komanda quraraq uğur qazanmaq istəyən məşqçilər həm də bu kateqoriyadan olan şəxslərlə də Gəncə futbolunun adını zirvələrə qaldırmaq arzusundadırlar.
Gələn ay komanda doğma şəhərdə yoldaşlıq görüşü keçirməyi planlayır. Gəncənin nitq və eşitmə məhdudiyyətli kollektivi Bakı komandası ilə üz-üzə gələcək.
BƏHRUZ MUSAYEV, GƏNCƏ
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq