Bizi izləyin

Layihə

Gənclərin futbol məktəbi – davamı mümkündümü?

blank
blank

Hər futbolçu yüksək səviyyəyə çatmasında yeniyetməlik illərində keçdiyi məktəb yoluna minnətdar olmalıdır. Təbii ki, hər bir ölkənin futbolunun inkişaf səviyyəsi fərqləndiyi kimi onların uşaq futbolunun infrastrukturu da fərqli olur. Elə məhz infrastrukturun fərqliliyi nəticəsində ölkələrin gücü arasında disbalans yaranır.

 

Müstəqil Azərbaycan futbolu gənclik dövrünü yaşasa da, ümumilikdə ahıl dövründədir. Sovet dövründə bir sıra respublikalarla müqayisədə geri qalsaq da, “palaza bürün, el ilə sürün” modeli ilə müəyyən qədər axına düşmüşük.

 

Sovet dövründə uşaq futbolununun ümumi inkişaf modeli hər yerdə eyni idi. Sadəcə, ruslar, ukraynalılar və gürcülər təbiətən bu modelə daha yaxşı uyğunlaşa bilirdisə, biz onlarla müqayisədə bir qədər axsamışıq. Amma ədalət naminə qeyd edək ki, SSSRİ-nin dağılmasından sonra tətbiq olunan model artıq adıçəkilən ölkələrdə tətbiq olunmadığından ümumilikdə region olaraq hər yerdə eniş dövrü yaşandı.

 

Əslində, sovet uşaq futbolunun ümumi sxemini vermək fikrindən uzağıq. Amma bu sxemin internat modelini canlandırsaq və onu indiki dövrə qiyabi də olsa, inteqrasiya etsək, nəsə fayda götürə bilərikmi? Bunu müəyyən qədər araşdırmağa çalışacağıq.

 

Sovet dövründə klubların öz bazasından kənarda dövlətin hesabına yaradılan uşaq futbol məktəbləri olub. “Футбольная школа молодёжи” (qısaca olaraq – ФШМ. Gənclərin futbol məktəbi) adlanan bu təhsil ocağına dövlət tərəfindən nəzarət edilirdi. 1954-cü ildə Moskvada yaranan müəssisə istedadlı yeniyetmələri bir ocaq ətrafına toplayaraq onlara həm təhsil verir, həm də futbolun sirrlərini öyrədirdi.

 

Moskvada yaranan bu sistem sonradan SSRİ-nin digər şəhərlərinə də yayıldı. Bu mənada Leninqrad, Minsk, Tiflis və Kiyevi xüsusi qabarda bilərik. Bu təhsil ocağının yetişdirdiyi istedadlı gənclər isə yeniyetmə komandaların çempionatlarında nəticə verməyə başladı. Amma 1960-cı ildə SSRİ Futbol İttifaqı bu məktəbi bağlamaq qərarına gəldi. Məqsəd belə bir sistemi klubların daxilində yaratmaq idi. Amma məktəblərin şagirdlərinin valideynləri üsyan qaldıraraq buna qarşı çıxdılar. Onların “Sovetskaya Rossiya” qəzetinə ünvanladığı kütləvi şikayət məktubların səs-sorağının yayılması nəticəsində federasiya geri çəkildi.

 

Doğrudur, bu məktəblərin büdcəsi qismən azaldıldı, amma bu, heç də geriləməyə gətirib çıxarmadı. 1970-ci ildə internat məktəbləri SSRİ-nin bütün regionlarına yayılmağa başladı ki, Azərbaycan da bu sovqatdan pay götürə bildi. 1979-cu ildə isə keçmiş ittifaq üzrə məktəblərin ən istedadlı məzunlarından komanda yaradıldı və o, SSRİ-nin ikinci divizionunda mübarizə aparmağa başladı.

 

1990-cı ildə sovetin çöküşü ərəfəsində sistem axsamağa başladı. Doğrudur,  Rusiyada bu məktəbin bazası əsasında “Zvezda” komandası yarandı. Daha sonra “Yunost” adı ilə mübarizə aparan klub yenidən FŞM variantına qayıtdı.

 

Tarixə boylanmalı olsaq, bu müəssisədə SSRİ-nin adlı-sanlı məşqçiləri olan Konstantin Beskov, Viktor Maslov və Aleksandr Sevidov kimi mütəxəssislər çalışıb. Sovet futbolunun əfsanələrindən isə Valeri Voronin, Gennadi Qusarov, Gennadi Loqofet və Vladimir Fedotov bu təhsil ocağının məzunlarından olub. Siyahını uzatmaq da olar. Sovet dövründə Azərbaycan futbolçuları arasında da bu məktəbin məzunları olub.

 

Azərbaycan futbolunun ən parlaq simaları da məhz belə məktəblərdə yetişib. 80-ci illərdə SSRİ yığmasının tərkibində Avropa və dünya, hətta Olimpiya çempionu olmuş xeyli futbolçular yetişdi. Tərlan Əhmədov, Vəli Qasımov, Arif Əsədov, Vladislav Qədirov, Vyaçeslav Lemiş, Vladislav Qədirov, İqor Ponomaryov, Ruslan Lukin və “Neftçi”ni illərlə çiynində daşıyan onlarla veteran futbolçumuz məhz bu məktəblərdə yetişmişdi.

 

Yuxarıda qeyd etdiyimiz kimi, SSRİ dağıldıqdan sonra yalnız Rusiya bu ənənələri davam etdirə bildisə (əslində onların hazırkı cəhdi əvvəlki nəticələri vermir, Rusiyanın ən yaxşı oyunçuları klubların akademiyasından çıxır),  postsovet məkanın digər ölkələrində bu məktəbin nəinki səhifəsi, hətta kitabı da bağlandı. Bəli, formal olaraq yenə də var, dövlət büdcəsindən onlara böyük çaliyyə vəsaiti ayrılır. Lakin faydalı iş əmsalı olduqca aşağıdı. İndi adını dəyişən FŞM-lər (Bakıda ən məşhuruna Kazbek Tuayev rəhbərlik edir) sadəcə, maaş paylamaq üçün mövcuddu, yetirmələrini illərdi görmürük.

 

Klublarımız sonradan yalnız öz bazasında futbolçu yetişdirməyə üstünlük verdi. Təbii ki, buna yetişdirmək demək olarsa. Futbol komandaları ilə Təhsil Nazirliyinin iki fərqli sahildə qalması nəticəsində paralel inkişaf modeli fiaskoya uğrayıb.

 

Bəs, indi yeni dövrə uyğunlaşdırılmış köhnə modeli tətbiq etmək olarmı?

 

Əslində, SSRİ-nin sosializm modeli elə idi ki, bütün sahələr dövlətin nəzarətində idi. Yəni, istər təhsilə, istəsə də idmana dövlət maliyyə vəsaiti ayırırdı. Amma kapitalizm, yəni bazar iqtisadiyyatı şəraitində bu, mümkün deyil. Nəinki idman, təhsilin özündə belə özəlləşmə modeli mövcuddur. Futbolda internat-məktəb layihəsini hansısa bir klub və ya biznesmen yarada bilər. Məsələn, “Qəbələ” və “Sabah”da bunun cücərtilərini görürük. Amma dövlət hansısa bir futbol məktəbi yaradıb orada uşaqlara təhsil verə bilməz. İnkişaf adına, Təhsil Nazirliyinin himayəsi ilə belə bir ideyanı gerçəkləşdirmək mümkündür. Bunu haradasa, dövlətlə müştərək şəkildə AFFA da həyata keçirə bilər.

 

Təbii ki, buna cəhd olunsa, heç də pis effekt verməz. Yəni, borclu olmasa belə, dövlətin Təhsil Nazirliyinin əliylə belə bir layihə həyata keçirmək imkanı var.  Yəni dövlət futbol təmayüllü bir məktəb açır və uşaqlar orada 11-ci sinifə qədər internat formatında təhsil alır. Özü də bunu Bakıda yox, rayonlarımızdan birində həyata keçirmək olar. Bu mənada Tovuz ən yaxşı modeldir. Doğrudur, “Turan Tovuz”un öz akademiyası var. Oranı internat formatında formalaşdırmaq mümkündür. Ancaq bunu təkcə Tovuz üçün məhdudlaşdırmaq da doğru olmazdı. Ölkənin hər yerindən istedadlı gəncləri yığıb burada təhsil almağa dəvət etmək lazımdır.

 

Bu, bir növ Qori seminariyasına bənzəyərdi. XIX əsrdə cəhalətdən boğulan Azərbaycanda maarifçilik bu seminariya ilə canlandısa, bataqlıqda olan futbolumuzu da belə bir internat məktəbində xilas etmək olar. Hətta xaricdən sanballı uşaq məşqçilərini də bu məktəbə cəlb etmək olar.

 

Əslində, bunun faydalarından çox danışmağa dəyər. Amma sadəcə, bir problemi qabartmaq istərdim. Fikir verirsinizsə, legioner həyatı yaşayan futbolçularımız tez bir zamanda ölkəyə qayıdır. Xaricdə möhkəmlənə bilməmələrini müxtəlif bəhanərlə izah edirlər. Burada mental olaraq ailəyə bağlılığı qabartmaq olar. İnternat məktəbi isə evdən kənarda qalıb inkişaf etməyə yol açır. 11 il ailədən kənarda qalan yeniyetmə üçün gələcəkdə legioner həyatı yaşamaq problemə çevrilməyəcək. Ölkə futbolunun nicatı da, millinin uğurlu çıxış etməsinə də yerli futbolçuların legioner həyatı yaşaması təkan ola bilər. Hətta ən vacib şərt budur. “Böyük beşlik”dən kənar ən güclü futbol ölkələrin milliləri məhz bunun sayəsində uğur qazanır.

ŞAHSUVAR

blank
blank
blank
blank
blank
blank
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Reklam
blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Milli komanda2022-08-11 11:43

Millimizdən 6 cavabsız qol

blank
Dünya futbolu2022-08-11 11:22

“Qarabağ”ın rəqibində ayrılıq

blank
Dünya futbolu2022-08-11 11:00

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Milli komanda2022-08-11 10:40

Millinin yoxlama oyunları və toplanış ləğv olundu

blank
Dünya futbolu2022-08-11 10:30

Avroliqada 3-cü təsnifat mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-11 10:10

“Neftçi” “Rapid”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2022-08-11 10:00

“Neftçi”dən azarkeşlərə müraciət

blank
Dünya futbolu2022-08-11 09:44

“Barselona”nın qapıçısı Premyer Liqa klubunda

blank
Digər idman növləri2022-08-11 09:32

AÇ: Azərbaycan yığmasının rəqibləri bəlli oldu

blank
Dünya futbolu2022-08-11 09:15

“Qarabağ” üçün “çex avtobusu”

blank
Dünya futbolu2022-08-11 09:00

53 milyon avroya alınmışdı, 20 milyona satıldı

blank
Dünya futbolu2022-08-11 00:55

Avropanın superi – “Real”!

blank
Dünya futbolu2022-08-10 23:58

Nazarovlu “Ersgebirge” səfərdən xalsız döndü

blank
Dünya futbolu2022-08-10 23:45

Xorvatiya klubu Konfrans Liqasının pley-offunda

blank
Dünya futbolu2022-08-10 23:17

Dadaşovdan İsveçrədə daha bir qol!

blank
Digər idman növləri2022-08-10 22:58

İslamiada: Azərbaycan gimnastı gümüş medal qazandı

blank
Digər idman növləri2022-08-10 22:27

İslamiada: Taekvondoçulardan daha 3 medal

blank
Digər idman növləri2022-08-10 22:09

İslamiada: Azərbaycan güləşçilərindən möhtəşəm start!

blank
Ölkə futbolu2022-08-10 21:15

“Əlimizdən gələni edəcəyik” – Yusuf Laval

blank
Ölkə futbolu2022-08-10 21:09

“Bura hesabı qorumağa gəlməmişik” – Regekampf

blank
Ölkə futbolu2022-08-10 20:39

“Neftçi” ilə oyunda qollarımın davamını gətirmək istəyirəm”

blank
Ölkə futbolu2022-08-10 20:10

Şimali Makedoniya millsinin üzvü “Sumqayıt”da

blank
Ölkə futbolu2022-08-10 19:58

“Neftçi” ilə oyunda böyük güc sərf etməliyik” – Feldhofer

blank
Premyer-liqa2022-08-10 19:00

Premyer Liqanın 2-ci turu rəqəmlərin gözü ilə

blank
Premyer-liqa2022-08-10 18:46

İki debüt, iki yubiley

blank
Digər idman növləri2022-08-10 18:33

İslamiada: Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

blank
Ölkə futbolu2022-08-10 18:16

Uğurun təməli – getdiyin yolu bilməyindədir!

blank
Ölkə futbolu2022-08-10 18:00

“Qəbələ”də ukraynalı yarımmüdafiəçi

blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:14

“Viktoriya” bu qələbə ilə “Qarabağ”a rəqib oldu – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:00

“Qarabağ”ın Budapeşt zəfəri – VİDEO

blank
Dünya futbolu2022-08-09 00:40

“Qarabağ”ın Budapeştə səfəri – VİDEO

blank
Premyer-liqa2022-08-08 20:09

“Turan Tovuz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:47

Ayxan Abbasov: “Qırmızı vərəqə planlarımızı pozdu” – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:36

Elmar Baxşıyev: “Stadionlarda fanat sayının çox olmasını istəyirik” – VİDEO

blank
Premyer-liqa2022-08-08 18:50

BÖLGƏ FUTBOLU: 9 illik həsrət bitdi

blank
Ölkə futbolu2022-08-08 17:26

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2022-08-07 22:33

“Sabah”dan “Sumqayıt”a 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2022-08-07 20:38

“Neftçi” yeni mövsümə qələbə ilə başladı – VİDEO

blank
Premyer-liqa2022-08-06 23:16

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2022-08-05 22:28

“Zirə” “Kəpəz”i Premyer Liqada belə “qarşıladı” – VİDEO

blank
Ölkə futbolu2022-08-05 00:27

“Neftçi” – “Rapid” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2022-08-04 14:00

“Qarabağ”ın “Ferentsvaroş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-08-03 21:37

Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qorxmuram”

blank
Ölkə futbolu2022-08-03 15:15

“Etopaz”da yeni mövsüm – VİDEO

blank
Ölkə futbolu2022-08-03 14:30

BÖLGƏ FUTBOLU: Gəncədən xoş xəbər də var

blank
Digər idman növləri2022-08-02 20:11

Dünya üçüncüsü olan millimiz vətənə qayıtdı

blank
Digər idman növləri2022-07-31 18:03

“Finalda qələbə qazanacağıma əmin idim”

blank
Dünya futbolu2022-07-31 11:37

BÖLGƏ FUTBOLU: Avrokubok tariximizə düşən yevlaxlı balıqçı

blank
Ölkə futbolu2022-07-29 23:31

Murad Musayev Bansko toplanışını dəyərləndirdi – VİDEO

blank
Digər idman növləri2022-07-29 14:26

Dünya ikincisi olan milli vətənə qayıtdı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 14:05

“Qəbələ” “Fehervar”ı məğlub yola saldı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 10:14

“Zirə”nin “Makkabi” ilə heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-07-29 10:00

Rəşad Sadıqov: “İlk oyundakı bəzi səhvlər həlledici oldu”

blank
Ölkə futbolu2022-07-29 00:46

“Neftçi”dən “Aris”ə 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2022-07-28 09:30

“Qarabağ” “Sürix” səddini belə keçdi – VİDEO

blank
Ölkə futbolu2022-07-27 09:00

Bölgə futbolu: “Kəpəz” Gəncə hazırlığına azarkeş dəstəyi ilə başladı

Gündəm