Digər idman növləri
Gələn il yarışacaq maşın təqdim edildi
2024-cü ildə Formula 2-də istifadə ediləcək bolid nümayiş etdirilib. Təqdimat İtaliyada baş tutub.
Futbolinfo.az xəbər verir ki, FİA-nın təqdim etdiyi boliddə əsas dəyişiklik arxa qanaddır. Yeni dizaynlı maşın 2026-cı ilə qədər istifadədə olacaq. Arxa qanaddan başqa maşının ön hissəsində də cüzi dəyişikliklər var. Bunlardan başqa, dizaynerlər maşının altlığında dəyişiklik ediblər. Belə yeniliklərin edilməsində məqsəd mübarizəni daha gərgin həddə çatdırmaqdır.
İyul ayında yeni maşının testini keçmiş pilot Tatyana Kalderon etmişdi. Bu gün təşkil edilmiş təqdimatdan sonra ilin sonuna qədər maşın üzərində işlər davam edəcək. Bolidin qarşıdakı testlərində “Aston Martin” komandasının ehtiyat pilotu Felipe Druqoviçin də iştirakı gözlənilir.
Bolidlərdən biri komandalara ilin sonuna qədər veriləcək. Gələn ilin yanvar ayında isə komandalar ikinci maşını təhvil ala biləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza