Digər idman növləri
Gəncədə müəllimlər yarışdı
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə basketbol yarışı keçirilib. Yarış Gəncədəki orta məktəblərin fiziki tərbiyə müəllimləri arasında baş tutub.
Yarışın təşkilində məqsəd təhsil müəssisələrində basketbol idman növünün kütləviliyini artırmaq, müəllimlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olub.
Tədbirin sonunda qalib komandanın üzvləri kubok və təşəkkürnamələrlə təltif edilib.