Ölkə futbolu
“Gəncəyə qələbə qazanmaq üçün gedirik”
“Səbail”in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yaranmışdı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz”lə oyundan öncə məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq”.
Aprelin 1-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” oyununa saat 15:30-da start veriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı