Digər idman növləri
Gənclər və İdman Nazirliyinin əməkdaşı Çində infarkt keçirdi
Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.
Futbolinfo.az xəbər verir ki, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan əməkdaşımız müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub.
Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.
Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.
Gənclər və İdman Nazirliyi Nəcəfova göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar