Ölkə futbolu
“Gent”in oyunçusu: “Bakıya qalib kimi yollanmaq istəyirik”
Belçikanın “Gent” klubunun futbolçusu Alessio Kastro-Montes “Qarabağ”la oyun haqda danışıb.
Futbolinfo.az “voetbalnieuws.be”-yə istinadən xəbər verir ki, o, Belçika çempionatının 25-ci turunun “Vesterlo” ilə matçında qələbə qazanmaq istədiklərini bildirib:
“Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, “Vesterlo” ilə görüşdən sonra Bakıda “Qarabağ”la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq. Bakıya qalib kimi yollanmaq istəyirik”.
“Qarabağ”la “Gent” arasında ilk oyun 16 fevralda Bakıda keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu