Ölkə futbolu
Gerye qalmaq istəyir
Yay fasiləsində “Zirə”dən ayrılan Donald Gerye karyerasını Azərbaycanda davam etdirə bilər. Haiti millisinin üzvü bunun üçün xüsusi canfəşanlıq edir.
Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan 34 yaşlı oyunçunun xoşuna gəldiyindən, karyerasının son dönəmlərini də burada keçirməkdə maraqlıdır. Bu üzdən sol cinah müdafiəçisi öz xidmətini Premyer Liqanın bir neçə klubuna təklif edib. Gerye hətta daha az maaşa burada qalmağa da razıdır.
Lakin onun istəyinin baş tutma ehtimalı o qədər də yüksək hesab olunmur. İntizamsızlığı ilə seçilən Geryenin səhhətində yaranmış problem elita təmsilçilərinin tərəddüdünə səbəb olub. Haiti millisinin heyətində son toplanış zamanı zədələnən oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Azərbaycanda daha əvvəl “Qarabağ” və “Neftçi”də oynamış Donald Gerye ötən mövsümün ikinci yarısını “Zirə”də keçirib.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi