Müsahibə
“Görünən odur ki, çempionat bərpa olunmayacaq” – Slavik Alxasov
“Keşlə”nin kapitanı Slavik Alxasovun futbolinfo.az-a müsahibəsi
– Uzun müddətdir ki, karantin rejimindəsiz. Necə keçirdiniz bu dövrü?
– Çox darıxdırıcıdır. Artıq 2 ay olur ki, çempionat dayanıb. Evdə nə qədər qalmaq olar? Onlayn məşqlər keçirik.
– Artıq çəki almamısan?
– Yox, artıq çəkim yoxdur. Həm də orucluqdur, çəkiyə ehtiyacım var (gülür).
– Evdə məşq etmək heç effektiv olur?
– Yox, 1 ay evdə məşq etməkdənsə, 1 həftə stadionda, komanda ilə məşq etmək bəs edər.
– Bir neçə gün öncə PFL klubları ümidləndirmişdi, amma Operativ Qərargah fərqli qərar qəbul etdi…
– Gözləyirdik ki, mayın 4-ü məşqlərə başlayacağıq. Lakin karantin uzadıldı. Nə etmək olar ki? Bizlik heç bir şey yoxdur. Görünən odur ki, çətin çempionat bərpa edilsin. Amma ümid edək ki, viruz azalsın, hər kəs öz işinə qayıtsın.
– Rəhbərlik sizə hər hansı yeni informasiya verirmi, yoxsa onlar da gözləmək lazım oldğunu deyir?
– Yox, informasiya yoxdur, deyirlər ki, gözləmək lazımdır. Biz də onlayn məşqlər edib gözləyirik.
– Səncə, çempionat bərpa edilməsə, “Keşlə” nə itirəcək?
– Nə deyim, bunu indidən demək çətin olar.
– Liqa belə başa çatsa, ilk 4 klub avrokuboklara gedəcək. Səncə, bu digər şansı olanlara qarşı ədalətsizlik olmaz?
– Çempionat belə bitsə, “Keşlə” üçün yaxşı olacaq. İlk “üçlük”də liqanı bitirib avrokuboklara yollanacaq. Başqa komandala haqqında heç nə deyə bilmərəm. Futbolçular hamısı istəyir ki, mövsüm davam etdirilsin. Əlbəttə ki, hər şey meydanda həll olunanda ədalətli olardı. Lakin biz qərar verən insanlar deyilik.
FƏRİD