Digər idman növləri
Gözəlbəyliyə növbəti beynəlxalq təyinat
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Futbolinfo.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV Kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.
O, noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (Türkiyə) – “Neftohimik” (Bolqarıstan) klublarının oyununda hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri ingiltərəli Dominik Byeqaylo və çexiyalı Roman Marşner olacaq.
Bu komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…