Ölkə futbolu
Gürcüstanlı futbolçu “Qarabağ”a “hə” dedi
Kipr klubu APOEL-in müdafiəçisi Laşa Dvalinin transferində maraqlı olan “Qarabağ” danışıqlarda böyük məsafə qət edib.
Futbolinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, “Ferensvaroş”un sabiq futbolçusu Azərbaycan çempionunun təklifini müsbət cavablandırıb.
Müdafiənin mərkəzində yaranan boşluğu doldurmağa çalışan ağdamlılar istəklərinə çatmaq üzrədir. Gürcüstan millisinin üzvü karyerasını Azərbaycanda davam etdirməyə razılıq verib. Ancaq keçidin reallaşması üçün APOEL-lə də ortaq məxrəcə gəlmək şərtdir. “Qarabağ”ın hazırda Kipr təmsilçisinin cavabını gözlədiyi vurğulanır.
Qeyd edək ki, Laşa Dvalinin APOEL-lə sözləşməsi 2025-ci ilin yayına qədərdir.