Ölkə futbolu
“Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır” – “Sürix”in qapıçısı
İsveçrənin “Sürix” komandasının qapıçısı Yanik Brexer UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bu matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq. Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çempionlar Liqası üçün hələ uzun yol var. Amma hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik”.
Bu gün “Letsiqrund” stadionunda keçiriləcək cavab matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbəyə sevinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib