Ölkə futbolu
“Hədəfimiz var və ona doğru gedirik”
“Hər şey plan üzrə gedir, hazırlıq dövrünə uyğun olaraq ciddi şəkildə məşq edirik və çempionatın startına maksimum dərəcədə hazırlaşırıq” – bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Boyan Letiç deyib.
O, komandasının Antalyadakı təlim-məşq toplanışından danışarkən Polşanın “Varta” klubuna qarşı keçirdikləri (1:1) oyundan bəhs edib: “Bu oyunun ilk “isinmə” matçı olduğunu nəzərə alsaq, necə oynadığımızdan razıyam. Bütün oyunu nəzarətdə saxladıq, rəqibə təzyiq etdik, daha çox şansımız oldu. Önə keçdik, rəqibə şans vermədik. Amma bu, futboldur və rəqib bir epizoddan yararlandı”.
Serbiyalı futbolçu çempionatın ikinci yarısında hədəfləri üçün çalışacaqlarını deyib: “Biz liqanın başlamasına ən yaxşı şəkildə hazırlaşırıq. Çünki hədəfimiz var və ona doğru gedirik. Məqsədimiz hər oyundan yaxşı nəticə əldə etməkdir”.