Ölkə futbolu
Joao Enrike təslim olmayıb: “Hələ heç nə bitməyib”
“Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə bitməyib”. Bunu Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
51 yaşlı mütəxəssis qol buraxmamağa və fərqlənməyə çalışacaqlarını bildirib: “Sonadək açıq oynayıb, irəli getməyə çalışacağıq”.
Portuqaliyalı baş məşqçi “köhlən atlar”ın daim avrokubokların qrupunda çıxış edən təcrübəli kollektiv olduğunu vurğulayıb. O, ilk matçda bu rəqibə qarşı rəqabət apara biləcəklərini göstərdiklərini söyləyib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza