Digər idman növləri
Həmiltondan iddialı açıqlama
Yeddiqat dünya çempionu Lyuis Həmilton sosial şəbəkə hesabında 2024-cü illə bağlı azarkeşlərini ümidləndirəcək post paylaşıb.
“2024. Sürəti aşağı salmağın vaxtı deyil. Yanvar enerji ayıdır. Əlimdən gələni etməyə çalışıram. İlk növbədə özümə qalib gəlib irəliləməliyəm. İlə düzgün hesab edəcəyiniz kimi başlayın”, – deyə britaniyalı pilot yazıb.
Xatırladaq ki, keçən ilin nəticələrinə əsasən, Lyuis dünya çempionatını “Red Bull” pilotlarından sonra üçüncü yerdə başa vurmuşdu. 234 xal toplayan sürücü komanda yoldaşı Corc Rasseli qabaqlamışdı.