Digər idman növləri
Həndbol Federasiyasının rəsmisi Türkiyə millisinin oyununa təyinat aldı
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçulardan ibarət AÇ-2024-ün seçmə qrup mərhələsi matçında iş başında olacaq.
O, 6-cı qrupun 3-cü turunda Bolqarıstanla Türkiyə yığmaları arasında birincilərin meydançasında baş tutacaq qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək. Görüş fevralın 28-də Şumen şəhərində yerləşən “Şumen Arena”da təşkil olunacaq. Oyunun hakimləri Albaniyadan Şerif Çema və Besfort Çaka olacaqlar.
Türkiyə yığması hazırda 1 xalla üçüncü pillədə qərarlaşıb. Sonuncu sıradakı Bolqarıstanın hesabında isə xal yoxdur.