Bizi izləyin

Müsahibə

“Hər matça axırıncı oyun kimi çıxmalıyıq”

blank
blank

“Kəpəz” klubunun hücumçusu Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 24-cü turunda “Qəbələ” üzərində vacib qələbə (2:1) qazandınız. Oyunla bağlı fikirləriniz necədir?

– Dediyiniz kimi, bizim üçün çox vacib oyun idi. Allaha şükürlər olsun, qələbə qazandıq. Çox çətin və maraqlı görüş keçdi. Qalib gəldiyimiz üçün sevincliyik. Amma bununla kifayətlənmək olmaz, qarşıdakı matçlara hazırlaşmaq lazımdır.

– “Kəpəz”ə 3 xal qazandıran qola siz imza atdınız. Sabiq komandanızla oyunda qələbə qolunu vurmaq necə hissdir?

– Qələbə qolunu vurduğum üçün şadam. Qollar vurub komandama kömək etmək istəyirəm. İstər “Qəbələ”, istərsə də başqa komanda ilə oyunda fərqlənmək mənim üçün eyni hissdir. Əsas odur ki, “Kəpəz”ə köməyim dəysin.

– Bu qələbədən və “Qəbələ” ilə aranızdakı xal fərqinin 8-ə çatmasından sonra “Kəpəz”in Premyer Liqadakı yerini qoruya biləcəyini əminliklə söyləmək olar, yoxsa bunun üçün hələ tezdir?

– Xeyr, bu barədə düşünmək üçün hələ tezdir. Qarşıda 12 tur var, hər şey ola bilər. Hər matça axırıncı oyun kimi çıxmalıyıq.

– “Kəpəz”ə məğlubiyyətdən sonra Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postundan ayrıldı və yerinə Kaxaber Sxadadze gətirildi. Bu təyinatdan sonra “Qəbələ”nin yüksəlişə keçəcəyinə dair qorxunuz varmı?

– Sxadadze yaxşı məşqçidir, əvvəl də Azərbaycanda işləyib. Yeni məşqçi gələndən sonra komandaların oyunlarında həmişə dəyişiklik baş verir. Əlbəttə ki, bizə çətin olacaq. Amma “Qəbələ” haqda düşünməkdənsə, öz oyunlarımıza baxmalıyıq.

– Növbəti oyununuz “Sumqayıt”a qarşı olacaq. Səfərdən sərfəli nəticə ilə qayıda biləcəksiniz?

– Bu görüşdə də qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ancaq “Sumqayıt” da yaxşı komandadır. Necə olacağını görəcəyik.

– “Kəpəz”lə icarə müqaviləniz mövsümün sonuna kimidir. Komanda Premyer Liqada qalsa, Gəncə klubu ilə sözləşmənizi yeniləyəcəksiniz?

– Bu barədə hələ danışmaq istəmirəm. Məni düşündürən qarşıdakı oyunlardır. Hər şey dəqiqləşəndən sonra bu barədə danışmaq olar.

– Adil Şükürovun gəlişindən sonra “Kəpəz”dəki inkişaf göz önündədir, futbolçular ondan razılıqlarını dilə gətirirlər. Şükürovun rəhbərliyi altında Gəncə təmsilçisi bir müddətdən sonra iddialı komandaya çevrilə bilər?

– Həqiqətən də, Adil müəllim yaxşı insan və məşqçidir. “Kəpəz”in kollektivi də xoş sözlərə layiqdir. İnanın ki, komanda turnir cədvəlinin son pillələrində olmağa layiq deyil. Mən bunu “Kəpəz”ə gələndən sonra gördüm. Fərdi baxımdan çox yaxşı futbolçularımız var. Komanda olaraq da yaxşı oyun sərgiləyirik. İnanıram ki, “Kəpəz” bu il liqada qalsa, Adil müəllim gələn mövsüm iddialı komanda quracaq. Onda azarkeşlər daha yaxşı yerlərdə olan “Kəpəz” görəcəklər.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm