Bizi izləyin

Milli komanda

Həvəskar düşüncəli futbol cavabdehləri ilə “Qorxu”lu təbliğat

blank
blank

Dünya çempionatına vəsiqə uğrunda seçmə qrup oyunları start götürdü. İlk görüş bitməmiş emosiyalar yenidən aşıb-daşır. Elə bir xaotik durum yaranıb ki, məqsədli-məqsədsiz fikirlər bir-birini döyür, ağladır – Azərbaycan futbolu illərdi ağladığı kimi…

Futbolda Avropa çempionuna – özü də səfərdə – məğlub olmaq qəbahət deyil. Qəbahət olan məğlubiyyətə sevinmək, məğlub psixologiyanı futbola, millətin iliyinə kimi sırımaq istəyi, cəhdləridir. Xarici-daxili düşmənlər 30 il idi Qarabağla, torpaqlarımızla da bağlı eyni ssenarini yeridirdilər.

Alınmadı! Bacarmadılar! Xalqın min illərlə formalaşmış sağlam genefondu, qanı, milli ruhu buna imkan vermədi. “Azərbaycanlı hərb elmini bilmir, qorxaqdır, döyüşdən, savaşdan qaçır” mənfur ideologiyasının cavabını Şuşa fatehlərimiz verdi. Müqqədəs bayrağımız Qarabağın ən yüksək zirvəsində dalğalandı!

Azərbaycan milli forması da müqəddəsdir, hər birimizindir! Böyük futbol da hərb, digər sahələr kimi elmdir, elmə söykənməlidir. “Azərbaycanlı futbol oynaya bilmir, olanımız budur” təbliğatını millətə sırıyan futbol cavabdehləri xalqı illərdi məğlubiyyətə doğru sürükləyir, aranı qatıb məkrli planlarını, uğursuzluqlarını ört-bastır edirlər.

Obyektivliyə söykənən subyektiv fikirlər hər zaman olub, olacaq da. Problemləri şəxsi ədavətə, düşmənçilik həddinə gətirmək yox, səbəblərin araşdırılması daha doğrudur. AFFA-ya kimlər rəhbərlik edir, ictimaiyyətdə qəti sözünü kimlər deyir, bunlar tərəfkeşlik, dağıdıcı cəbhələşmə anlamına, səviyyəsinə çatdırılmamalıdır.

Futbolda strateji araşdırma mərkəzləri yoxdur, səbəblər təhlil edilmir. Üzdənyanaşmalar pik həddə çatıb. Hər rayonumuzda, kəndimizdə gələcəyin bir istedadı fəryad qoparır, şəhidlərimizin qanı, ruhu qarşısında milliləşdirilmiş “azərbaycanlıların” erməni “brat”ları zəbt edir.

Müzakirəyə Namiq Ələsgərovun, Mahir Emrelinin “Bakı”sı, Toral Bayramovun “Xəzər Lənkəran”ı, Bəhlul Mustafazadənin “MKT-Araz”ı/”Qəbələ” akademiyası, uşaq, yeniyetmə, gənclər futbolu, dağılmış, dağıdılmış, boş qalmış baza-stadionlar, tarixin yaddaşına köçmüş klublar, illərdi futbol idarəçiliyinin yarıtmazlığı üzə çıxarılmalıdır…

Foqtsdan tutmuş de Byaziyə kimi 10-15 il bəs etmədimi ki, futbol uğursuzluğunun səbəblərinin kökü bilinsin?! İldən-ildən ilə cılızlaşan, kağız üzərində 200 min futbolçu arasından “seçim” edə bilməyən məşqçilərin ah-naləsini AFFA-ya qarşı “qərəzli” olanlar etmir, elə gətirilən yerli-əcnəbi baş məşqçilər edir…

Açıqlamalara baxın – “Rəqibdən qorxmayın” və ya “Portuqaliyadan qorxmadıq”. “Qorxmayın” sözünün kökündə qorxunun özü dayanır. Müasir futbolun mütləq 4-5 faktorunun əsaslarından biri psixologiyaya söykənir. Oyundan öncə məğlub durumda meydana çıxılır. Rəqibin ustalıq səviyyəsi, fərdi texniki imkanları üstün ola bilər, futbolda fiziki-taktiki, psixoloji hazırlıq, anlayış da var…

Azərbaycan futbolunun özünəməxsus tarixi futbol fəlsəfəsi var. Bu, xalqın genetikasından, fiziologiyasından tutmuş mədəni irsinə, iqliminə kimi özündə cəmləşdirir. Tək Azərbaycana aid deyil, bütün ölkələrə, xalqlara aiddir. Dünya nəhəngi Braziliya millisini Dunqa şablona salıb, ruhunu əlindən aldı, davamı da 1:7 faciəsi yaşandı.

Foqts alman sistemini azərbaycanlılara aşılamaq istədi, Yurçeviçdən danışmağa dəyməz, tək Prosineçki öz xorvat beyni ilə Azərbaycan futbolunun ruhunu tutdu, bir qədər normal futbol oynada bildi. İndi də Canni de Byazi italyan taktikasını futbolumuza aşılayır. İtaliya futboluna yaxın alban futbolunda bu, mümkün idi, Azərbaycan futbolunda mümkünsüzdür. Hər gələn futbolun başında öz fəlsəfələri ilə dəlləklik edir, başbilənlər onlara ümid bəsləyir. İldən-ilə futbol zirzəmiyə yuvarlanır. Həvəskar düşüncəli futbol cavabdehləri də “bundan artıq nə edək” deyib günlərini sürürlər. Beləcə 10-15 il keçib artıq.

Azərbaycan futbolunun dərdi əlcək kimi dəyişdirilən baş məşqçilərdə deyil, futbol sisteminin, daha doğrusu, sistemsizliyinin, başıpozuqluğunun, strateji yanlışlıqların, şəxsi ambisiyalarının, futbol ruhunu dərindən bilməməklərinin, məkrli dağıdıcı planlarının fəsadlarıdır. Əks halda milli, Azərbaycan futbolu çoxdan layiq olduğu yerlərdə olardı.

Portuqaliya ilə qarşılaşma üzərində çox dayanmağa ehtiyac yoxdur. Çox danışılıb, çox yazılıb. 4-4-2 taktiki sxemini, baş məşqçi bildirdiyi kimi, ultramüdafiə olunmaq adıyla xalqı aldatmaq cəhdi italyana heç yaraşmır.

Arxada “divar” qurub, mərkəzi boşaldıb öndə Mahir Emreli – Əli Qurbani tandemi ilə oyuna başlamaq üçün “böyük” futbol fəlsəfəsi gərəkdir. Zədə, qırmızı kart və s. səbəblər olmadan fasilədə mövqe üzrə yox, fərqli ikili əvəzetməyə gedilirsə, bu, birbaşa baş məşqçinin matça hazırlığı, taktiki gedişləri, start heyətinin yanlış qurulmasının, psixoloji qorxaqlığın əyani sübutudur. Birinci və ikinci hissələr arasında kəskin oyun fərqi bunun göstəricisidir. Sonda üçlü dəyişiklik isə əsasən yoldaşlıq, hazırlıq oyunlarında olur. Qapıçını çıxsaq, 3 futbolçu, heyətin 25-30%-i deməkdir. Onların komanda yoldaşları ilə meydanda anlaşmasına, uyğunlaşmasına minimum 5-10 dəqiqə vaxt lazım olur. Özlərinə gəlməmiş matç sona çatdı.

Nəinki millinin, ümumilikdə qarşılaşmanın ən yaxşısı, buraxılan qolda səhvi olan qapıçı Şahruddin Məhəmmədəliyev seçildi. İlk turun sonunda bəlli oldu ki, ümumiyyətlə Avropada keçirilən görüşlər arasında ən çox qurtarışlar edənlərdən Cəbəllütariq, San Marino yığmaları qapıçılarını da üstələyib. Əsas bir top fərqiylə məğlub olub sevinmək ruhunu xalqın beyninə yeritməkdir.

Hətta dağıdılmış futbolda ikinci hissə nəyi göstərdi? Fiziki durum bəllidir. Futbolçular oyunlara taktiki, psixoloji düzgün hazırlansa, milli ruh, mübarizlik yerində olsa, “qorxma-qorxma” deyilməsə, layiqli futbol sərgilənə bilər. İndi bunu etmək mümkündüsə, təsəvvür edin, düzgün inkişaf yolu tutulsaydı, bölgə futbolu, rəqabətədavamlı çempionatımız olsaydı, necə oynanılardı…

Ronaldo ərdəbilli balası, iliyinə kimi azərbaycanlı olan Əli Daeinin rekordunu təzələmək eşqilə alışıb yanır. Yığmalar üzrə bombardir də azərbaycanlıdır. Problem azərbaycanlının futbol oynaya bilməməsində deyil, yararsız futbol sistemindədir. Hər rayon, kəndimizdən bir Əli Daei yetişə bilər. Yetər ki, futbolda düzgün islahatlar aparılsın, reallığa uyğun iddialar ortaya qoyulsun. Qorxan gözə çöp düşər!

Hələ ki, eddilər, isayevlər, “brat”lar, gələcək “qardaşlar” gündəmdədir. Yeri gəlmişkən, bu günlərdə əsl qardaşlar arasında – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb, təsdiq edildi. Milli ideologiya, media, ictimaiyyətin düzgün maarifləndirilməsi, təbliğat-təşviqatı baxımdan, əsrlərdi Azərbaycana qarşı aparılan, daxildən vüsət alan yad təsirlərdən yaxa qurtarılması yolunda əvəzolunmaz sazişdir. Təəssüf ki, ölkə prezidentləri səviyyəsində imzalanan anlaşma mediada, cəmiyyət arasında geniş müzakirələrə səbəb olmadı. Hiss olunur ki, maraqlı tərəflərə sərf etmir. Heç şübhəsiz qarşısının alınması cəhdləri də aparılır.

İdman/futbol mediası da bu anlaşmanın bir qolu olmalıdır. Futbolumuzda şəxsi, məqsədli mövqelər kənara atılmalı, bu yöndə ciddi işlər görülməlidir. Eddilərə, “brat” deyib Azərbaycana gələnlərə vaxt ayırmaqdansa, istiqamət bölgələrə olmalı, yeni-yeni istedadlar kəşf edilməli, Qəbələ, Tovuz futbol akademiyalarından hər bölgəmizdə yaradılmalı, köklü klublar bərpa edilməlidir. İdeologiyamız yerində olarsa, milli ruhumuzla azad etdiyimiz Qarabağımız da çiçəklənər, yaxın illərdə millimiz Hollandiya, Portuqaliya yığmalarının qapısına 4 top vurmaq şansını da qazanar!

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Premyer-liqa2024-04-13 16:30

“Qəbələ” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm