Milli komanda
Hacıyev Berdiyevi Azərbaycana “göndərir”
Rusiya 1-ci liqasında yarışan Mahaçqala “Dinamo”sunun prezidenti Hacı Hacıyev komandanın baş məşqçisi Qurban Berdıyevin Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olması barədə xəbərlərə münasibət bildirib. O, bununla əlaqədar Rusiyanın “RB-Sport” saytına danışıb.
Saytın yazdığına görə, daha əvvəl Hacıyev Berdıyevin Azərbaycan millisinə namizəd olmasını təsdiqləyib. AFFA-dan isə indiyə qədər verilən açıqlamalarda bildirilib ki, yaradılan İşçi Qrup səviyyəsində heç bir məşqçi ilə danışıqlar aparılmayıb.
Hacıyev deyib: “Mən bunu nə Berdıyev, nə də başqası ilə müzakirə etmək fikrindəyəm. O ki öz baxışları və düşüncələri olan müstəqil insandır. İstəsə, Azərbaycana gedəcək və ya İrana, ya da başqa yerə. Bu, onun haqqıdır. Mənlik nə var? Berdiyevin “Dinamo” ilə müqaviləsi var. Bu müqavilə o demək deyil ki, o, bizə zəncirlə bağlanıb. Onun istədiyi yerə və istədiyi vaxt sərbəst getmək hüququ var. Biz onu qandallamamışıq”.