Ölkə futbolu
Hakimlər yenə PFL-in nəzarətində olacaq
AFFA Hakimlər Komitəsi yenidən Peşəkar Futbol Liqasının (PFL) nəzarətinə verilir. Növbəti turdan etdibarən hakimlərin təyinatı, idarəçiliklərinin qiymətləndirilməsi və s. məsələlər bu qurumun ixtiyarında olacaq.
Düzdü, Hakimlər Komitəsi müstəqil qurum kimi fəaliyyət göstərir. Amma Azərbaycanda həmişə yalnız rəsmi sənədlərdə belə olub. Frits Stuxlik sədr postuna gələnəcən hakimlik Ramin Musayevin prezidenti olduğu PFL-in kurasiyasında idi. Avstriyalının vaxtında birbaşa AFFA-nın nəzarətinə keçən komitənin biabırçı idarə olunduğu göründü. Sonradan sədr dəyişsə də, problemlər bitməyib, üstəlik, AFFA idarə edə bilmədiyi, başını ağrıdan qurumdan canını qurtarmaq istəyir.
PFL yeni prezidentin gəlişindən sonra AFFA nümayəndələrini və hakim-inspektorları nəzarətinə götürüb. İndi isə hakimlərlə bağlı məsələ həll olunmaq üzrədi.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı