Bizi izləyin

Ölkə futbolu

Hakimlərin damğa vurduğu tur

blank
blank

Misli Premyer Liqasında qış fasiləsi başa çatdı, komandalar iş başına qayıtdılar. İkinci yarının ilk turu məhsuldar alınmadı. Təsadüfi deyil ki, 5 görüşdə ümumilikdə 8 qol vuruldu. Daha doğrusu, bu sayda qol 3 matçın payına düşdü. Çünki iki qarşılaşmada qol səsi çıxmadı. Tur müəmmalı hakim qərarları ilə də yadda qaldı.

“Neftçi”nin “Sabah”…

Üçüncü dövrəyə paytaxt derbisi ilə start verildi. Cari mövsümə iddialı başlasalar da, ilk yarıda istədikləri nəticələri qazana bilməyən “Sabah” və “Neftçi” arasındakı oyunun maraqlı keçəcəyi gözlənilirdi. Bu komandaların ilk dövrədəki matçında 1:1 hesablı heç-heçə qeydə alınmış, ikinci dövrədə isə “Sabah” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə üstələmişdi.

Aleksey İsayev kimi aparıcı futbolçusunu “Qarabağ”a satan “Sabah”ın onun yoxluğunda necə təsir bağışlayacağı sual doğururdu. “Neftçi”dən isə qış fasiləsində Aaron Olanare, İsmayıl Zülfüqarlı və Fərid Yusifli ayrılmışdı ki, onların heç birini əsas heyət üzvü saymaq olmaz. Əvəzində “ağ-qaralar” ikinci yarının startınadək Bolqarıstan çempionatında çıxış edən Alfa Konte və Brayan Morenonu heyətinə qatmağa fürsət tapmışdı.

Qapıda Yusif İmanova deyil, Nicat Mehbalıyevə yer verən “Sabah”ın baş məşqçisi Murad Musayev adətən ikinci hissədə oyuna buraxdığı Ayaz Quliyevin də adını “11-liy”ə daxil etmişdi. “Neftçi”də isə diqqətçəkən məqam yeni çalışdırıcı Miodraq Bojoviçin sələfi Adrian Mutu kimi, qapıda gənc Rza Cəfərova şans verməsi idi. Sələfinin adətən fasilədə oyuna daxil etdiyi Rəhman Hacıyevi isə Bojoviç əsas heyətə salmışdı.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmanın ilk hissəsi “Sabah”ın üstünlüyü şəraitində keçdi. Meydan sahibləri Anatoli Nuriyev və Vinsent Til ilə hesabı açmağa yaxın olsalar da, hər iki epizodda zərbələrdə dəqiqlik çatışmadı. “Neftçi” də fasiləyədək hesabda önə keçməyə yaxın oldu. Sürətli əks-hücumun yekununda Emin Mahmudovun zərbəsindən sonra top dirəyə tuş gəldi.

İkinci hissədə rollar dəyişdi. Üstünlüyü ələ keçirən “Neftçi” ardıcıl hücumlar qurmağa başladı. Təsadüfi deyil ki, fasilədən sonra “Sabah”ın qapıçısı Nicat Mehbalıyev bir neçə dəfə seyv etmək məcburiyyətində qaldı. Tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmadı və “Neftçi” cari mövsümdə “Sabah”la keçirdiyi 3-cü görüşdə də qələbə üzünə həsrət qaldı.

…“Səbail”in “Zirə” tilsimi

Turun ikinci matçı da paytaxt klubları arasında keçirildi. “Zirə”ni qəbul edən “Səbail” tilsimi qıraraq rəqibi üzərində cari mövsümdəki ilk qələbəsini qazanmaq istəyirdi. Bu komandalar arasında ilk dövrədə keçirilmiş matçda Rəşad Sadıqovun komandası qalib gəlmiş (2:1), ikinci dövrədə isə tərəflər 1 xala razılaşmışdılar (2:2).

Qış fasiləsində Madi Keta və Ayub Masikanı heyətinə qatan “Səbail” oyuna itkilərlə çıxmışdı. Belə ki, 6 futbolçu – Səlahət Ağayev, Nir Bardea, Süleyman Əhmədov, Cabir Əmirli, Ağabala Ramazanov və David Qomis zədə səbəbindən bu görüşdə “dənizçilər”ə kömək edə bilmirdi. Yeni transferlərin də hələ adaptasiya mərhələsində olması baş məşqçi Şahin Diniyevin işini xeyli çətinləşdirmişdi.

“Zirə”nin hər iki yeni transferi – Ceyhun Nuriyev və Rafael Utziq isə oyunun start heyətində yer almışdı. Utziq 3-cü dəqiqədəcə hesabı açmağa yaxın olsa da, Hüseynəli Quliyev əla seyvlə komandasını xilas etdi. Nuriyev də fasiləyədək qol vurmaq imkanı əldə etdi. Ancaq o da əlverişli imkandan faydalana bilmədi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə “Zirə”nin qol epizodlarının daha təhlükəli alındığını söyləmək olar.

İkinci hissənin ən real qol vəziyyətini də qonaqlar yaratdılar. Ceyhunun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı tirinə dəydi. Nəticədə turun ikinci görüşü də qolsuz bərabərliklə yekunlaşdı və “Səbail”in cari mövsümdə “Zirə” sindromu davam etdi.

Matçdan sonra qonaqların çalışdırıcısı Rəşad Sadıqov hakim idarəçiliyindən narazılığını dilə gətirdi. O, komandasının lehinə verilməyən penalti epizoduna bu cür münasibət bildirdi: “VAR-da əyləşən təcrübəli hakim İnqilab Məmmədov referini epizoda baxmaq üçün çağırdı. Amma hakim orada başqa qərar verdi. Çox qəribə qərar qəbul etdi”.

Cari mövsümdə ilk derbi qələbəsi

“Kəpəz” və “Turan Tovuz” arasında keçirilən Qərb derbisi yenə maraqlı alındı. Gəncə stadionunda yenidənqurma işləri aparıldığı üçün “Kəpəz” rəqibini Qəbələdə qəbul etdi. Turun ilk qolunun vurulduğu qarşılaşmada gəncəlilər əzəli rəqibi ilə cari mövsümdəki uğursuz seriyaya son qoydular. Xatırladaq ki, bu mövsüm keçirilən hər iki derbidə “Turan Tovuz” inamlı qələbə qazanmışdı (2:0, 4:0).

Budəfəki matçın startı yenə Ayxan Abbasovun komandasının qələbəyə daha yaxın olduğunu deməyə əsas verirdi. Artıq 4-cü dəqiqədə “Turan Tovuz” hesabı açdı. Ayxan Quseynov cərimə meydançası daxilində ağıllı və çevik davranaraq, dəqiq zərbə ilə topu tora qovuşdurdu. Qoldan daha da ruhlanan tovuzlular hesab arasındakı fərqi artırmaq haqda düşündükləri məqamda zərbə aldılar. Belə ki, baş hakim Əli Əliyev VAR-da epizoda baxdıqdan sonra Faiq Hacıyevin Amil Yunanova qarşı kobud oyununu qırmızı vərəqə ilə cəzalandırdı.

“Turan Tovuz” azlıqda qaldıqdan sonra oyunun məcrası tamam dəyişdi. Say üstünlüyündən istifadə etmək istəyən “Kəpəz” dərhal irəli atıldı. Bərabərlik qolu özünü çox gözlətmədi. 25-ci dəqiqədə Şakir Seyidov cərimə meydançası daxilindən qüvvətli zərbə ilə yaxın küncü dəqiq nişan aldı və sabiq komandasını cəzalandırdı. “Kəpəz” fasiləyədək hesabda önə keçməyə çalışsa da, buna nail olmadı.

İkinci hissənin startında hakim tovuzluları qəzəbləndirən qərarı ilə yadda qaldı. Vüsal Məsimovun İsmayıl Zülfüqarlıya açıq ayaqla qayda pozuntusu etdiyi epizodda referi sarı vərəqə ilə kifayətləndi. Matçdan sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov bu epizodu əsas gətirərək idarəçilikdən şikayətləndi.

“Kəpəz” qələbə qolunu 71-ci dəqiqədə vurdu. Tovuzluların qapıçısı Kamal Bayramovun qapıdan uğursuz zərbəsi nəticəsində topu ələ keçirən Gəncə təmsilçisi Martins Juniorun uzaq küncə dəqiq zərbəsi ilə yekun hesabı müəyyənləşdirdi – 2:1. Bu, “Kəpəz”in cari mövsümdə Qərb derbisindəki ilk qalibiyyəti oldu.

Qəbələdə 3 xala öyrəşən “Sumqayıt”

İlk dövrədə Qəbələdə 2:1 hesablı qələbə qazanan, ikinci dövrədə isə “qırmızı-qaralar”la heç-heçə edən “Sumqayıt” budəfəki dueldən də sərfəli nəticə ilə ayrılmaq niyyətində idi. Elmar Baxşıyevin komandası isə uğursuz seriyaya son qoymaq üçün meydana çıxmışdı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hər iki tərəf hesabı açmağa yaxın olsa da, ələ düşən imkanlardan yararlana bilmədilər.

“Qəbələ” oyuna olduğu kimi, ikinci hissəyə də fəal başladı. Ardıcıl hücumlar 68-ci dəqiqədə qolla nəticələnə bilərdi. Di gəl ki, Osama Xalaylanın başla zərbəsindən sonra qonaqların yapon futbolçusu Masaki Murata topu boş qapıdan çıxardı. “Qəbələ” qol axtardığı məqamda sürpriz penalti ilə cəzalandırıldı. Lukas Afrikonun cərimə meydançası daxilində topsuz epizodda rəqib futbolçuya qarşı hərəkəti hakim tərəfindən penalti ilə cəzalandırıldı. Fürsəti qola çevirən Kasimir Ninqa bir qədər sonra dubl etməyə yaxın olsa da, qapı tiri buna imkan vermədi.

Beləliklə, səfərdən qələbə ilə qayıdan “Sumqayıt” “Neftçi”nin xal itkisindən faydalanaraq, 3-cü pilləyə yüksəldi. Autsayderlər qrupundakı əsas rəqibi “Kəpəz”in qələbə qazandığı turda məğlubiyyətlə üzləşən “Qəbələ” isə sonuncu pillənin dəyişməz sakinidir.

“Qarabağ”dan asan qalibiyyət, Kadiridən fantastik qol

Tura lider “Qarabağ”ın oyunu ilə yekun vuruldu. “Araz-Naxçıvan”ı qəbul edən Ağdam klubunun start heyətində yeni transfer Aleksey İsayev də yer almışdı. Bu komandaların çempionatın ilk yarısındakı oyunlarında 1 dəfə “Qarabağ”, 1 dəfə isə “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanmışdı.

“Qarabağ”ın təzyiqi qarşısında qonaqlar çox tab gətirə bilmədilər və 6-cı dəqiqədə hesab açıldı. Kristian Avram və Numan Kurdiçin bir-birini başa düşməməsindən sonra ikinci avtoqol müəllifi oldu. “Qarabağ” fasiləyədək hesab arasındakı fərqi artırmağı da bacardı. Zubir özü başladığı kombinasiyalı hücumun yekununda dəqiq baş zərbəsi ilə toru silkələdi.

İkinci hissədə də oyuna nəzarət edən “Qarabağ” Juninyo ilə əlverişli imkanı boşa versə də, Zubirin sayəsində 3-cü dəfə rəqibi mərkəzə dəvət etdi. Dubl edən Abdullah cari mövsümdə liqadakı qollarının sayını 6-ya çatdırdı.

Qonaqların gücü buraxılan qollardan təkcə birinin əvəzini çıxmağa çatdı. Mohammed Kadiri adəti üzrə cərimə meydançası həndəvərindən fantastik qol vurdu. Onun qüvvətli zərbəsi qarşısında Andrey Lunyov heç nə edə bilmədi. Bu qol həm oyunun, həm də turun ən baxımlı qolu oldu.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm