Bizi izləyin

Müsahibə

“Hamı “Qarabağ”ın səviyyəsinə çatmağı hədəfləyir” – Xayme Romero

blank

“Qarabağ”ın futbolçusu Xayme Romero vətəni İspaniyanın “Estadio” radiosunun suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Salam, Xayme. Orada saat neçədir?
– Hazırda sizdən iki saat irəlidəyik.

– Bakıda yaşayış şəraiti necədir?
– Hələlik hər şey ürəyimcədir. Normalda çox adam Azərbaycana gəldikdə onu nələrin gözlədiyini bilmir. Ona görə də həm yaşayış səviyyəsi, həm də buradakı vəziyyət məni yaxşı mənada təəccübləndirdi.

– Özünüz Albasete şəhərindənsiniz. Bu şəhərlə müqayisədə Bakı Sizə cənnəti xatırladır?
– (gülür) Xeyr, sizinlə razılaşmıram. Hər il Albasetedə karnaval keçirilir. Sizi ora bir dəfə apararam, ondan sonra hər dəfə gəlmək istəyəcəksiniz.

– Bəs hazırda Azərbaycanda futbol hansı vəziyyətdədir?
– Çox yerdə olduğu kimi, burada da çempionat dayanıb. Mövsümün qalan hissəsində oynayıb-oynamayacağımız hələ bəlli deyil. Hamımız qeyri-müəyyənlik içərisindəyik, nə olacağını bilmirik.

– Amma mayın 4-də məşqlərə başlamalı idiniz…
– Bəli, başlamalı idik. Amma karantin müddəti yenidən uzadıldı. Əslində ümumi vəziyyət Avropadakı kimi kritik deyil. Lakin durum pisləşməsin deyə, qabaqlayıcı tədbirlər görülür. Bəzi məsələləri saymasaq, normal şərtlər altında yaşadığımızı deyə bilərəm.

– İspaniyada Albasetedən əlavə, digər bölgələrdə, İtaliyanın müxtəlif şəhərlərində, həmçinin Türkiyədə yaşamısınız. Tez-tez komanda dəyişməyiniz barədə nə deyə bilərsiniz?
– Doğrudan da 18 yaşımdan peşəkar futbolçu kimi müxtəlif komandaların formasını geyinməyə başlamışam. 2009-cu ildə, 19 yaşımda ikən “Udineze” məni “Albasete”dən transfer etdi. Növbəti il “Bari”yə icarəyə verdilər. Daha sonra “Qranada”da iki il icarə əsasında oynadım. 2013-cü ildə əvvəlcə “Orduspor”a, daha sonra “Real Madrid”in ikinci komandası olan “Kastilya”ya icarəyə verildim, 2014-cü ildən isə “Saraqosa”da icarədə oldum. 2016-cı ildə “Osasuna”ya keçsəm də, bir ildən sonra “Kordoba”ya yollandım və 2018-ci ildə “Luqo”da icarəsında oynadım. Ötən yay isə “Qarabağ” məni transfer etdi. Futbolçu həyatı belədir. Sabitlik – rahatlıqdır, tez-tez məkan dəyişmək yaxşı deyil. Amma istənilən halda, hər dəfə təklif gələndə şərtlər səni qane edirsə və ürəyincə olursa, seçim etmək məcburiyyətində qalırsan. Biz də belə bir futbolçu həyatı ilə barışmalıyıq.

– Bu məsələyə toxunmaya bilməzdik. Siz “Real Madrid”in heyətində Fransa PSJ-sinə qarşı yoldaşlıq oyununda debüt etmək imkanı qazanmışdınız. Həmin vaxt kimi əvəzləyərək meydana çıxmışdınız? Adını biz yox, özünüz deyin…
– (gülür) Bir yaxşı futbolçu var idi – Kriştianu Ronaldu. Bax, onu. Həmin vaxt ətrafında top-səviyyədə futbolçuların olduğunu gördükdə insanı qəribə hisslər bürüyürdü. Elə hisslər ki, bunları ömrümün sonunadək unutmayacağam.

– “Kastilya”da hansı tanınmış futbolçularla birgə çıxış etmisiniz?
– Hazırda “kral klubu”nda forma geyinən Lukas Vaskes mənimlə birgə çıxış edirdi. İndi “Real Sosyedad”da çıxış edən Joze Villianla “Saraqosa”da da komanda yoldaşı olduq. Hazırda “Espanyol”da oynayan Raul de Tomasla da “Kastilya”da birgə oynamışıq. Doğrudan da yaxşı heyətimiz var idi. Sonradan hərə fərqli-fərqli komandalara səpələndi və beləcə yollarımız ayrıldı.

– Azərbaycana yolumuz düşsə, nəyi qaçırmamalıyıq?
– Əslində Azərbaycanı tamamilə tanıdığımı deyə bilmərəm. Hələ gəzmək imkanım olmayıb. Demək olar ki, çempionatın əksər oyunları elə paytaxtda keçirilir. Ona görə də mən yalnız Bakı haqqında məlumat verə bilərəm. Avropada bu şəhəri kifayət qədər tanımırlar. Amma həqiqətən də müasir, gözəl şəhərdir, durmadan inkişaf edir. Burada “Formula 1” üzrə Qran-prilər keçirilir, ötən il Avropa Liqasının final matçı təşkil olunub. Ona görə də bura gəlsəniz, Bakı sizi yaxşı mənada təəccübləndirəcək.

– Bakının nə qədər əhalisi var?
– 4-5 milyon nəfər olduğunu düşünürəm. Hardasa Madridin əhalisi qədər.

– Azərbaycan paytaxtı barədə müəyyən məlumatımız var. Bakı doğrudan da tərifəlayiq şəhərdir. Bəlkə elə orada qalasınız? Qayıtsanız, hansı komandanı seçərdiniz?
– Hələlik fikrim burada qalmaqdır. Çünki “Qarabağ”la daha 2 illik müqaviləm var, hər şey ürəyimcədir. Gələcəkdə nə olacağını deyə bilmərəm. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Hazırda isə Azərbaycan çempionluğuna çox yaxınıq. Ona görə də burada xoşbəxtəm.

– “Qarabağ”ı hər il avrokubokların qrup mərhələsində görürük. Hətta 2017-ci ildə Çempionlar Liqasında “Atletiko” ilə eyni qrupa düşmüşdü. Bu mövsüm isə İspaniyanın daha bir təmsilçisi “Sevilya”nın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən oldu. Üzərinizdə “Qarabağ” hər il qrupda oynamalıdır” kimi bir təzyiq hiss edirsiniz?
– Ümumiyyətlə, “Qarabağ” Azərbaycanda nümunəvi komandadır. Hamı bu klubun səviyyəsinə çatmağı hədəfləyir. Son 6 mövsümdə avrokubokların qrup mərhələsində çıxış etdiyindən, “Daim belə olmalıdır” kimi təzyiqi üzərimizdə hiss edirik. Nəticədə özümüzə qarşı daha tələbkar olmaq məcburiyyətində qalırıq. (Report)

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Digər idman növləri2024-05-09 12:29

Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-09 11:43

“Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər”

blank
Digər idman növləri2024-05-09 10:54

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Dünya futbolu2024-05-09 09:30

KL: Sonuncu finalçı bəlli olur

blank
Dünya futbolu2024-05-09 09:00

Avroliqada finalçılar müəyyənləşir

blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm